IPTV Texnologiyası (ing. Internet Protocol Television) (IPTV, IP-televiziya) – IP protokolu üzrə məlumatların ötürülməsi şəbəkələrində rəqəmli interaktiv televiziya, televiziyanın yeni nəsli.
Hər bir Smart Online internet istifadəçisi IPTV xidməti vasitəsi ilə 118 yerli və xarici televiziya kanallarını izləyə bilər.
Xidmətdən istifadə etmək üçün siz IPTV Set-Top-Box avadanlığı əldə etməlisiniz. IPTV Box-un satış qiyməti 60 AZN.
IPTV xdmətinə qoşulmaq üçün Smart Online müştəri xidmətlərinə və dilərlərinə müraciət edə bilərsiniz.
Əlaqə üçün : +99412 952
Azərbaycanın “Smart Systems Technology” şirkəti IPTV xidmətini kommersiya məqsədilə istismara verib. Şirkətin məlumatına görə, xidmətdən istifadə üçün aylıq abunə haqqı dörd manat təşkil edir. Kanalların sayı isə 80-120 aralığında dəyişir. Xidmətdən istifadə etmək üçün, ADSL xidmətinin abunəçilərinə müvafiq avadanlıq (Set-Top-Box) təklif edilir.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən avadanlıqlar Bakı Teleqüllə Kompleksində quraşdırılıb. Amerikanın “Harmonic” şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilən baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur.
Baş stansiyada peykdən qəbul edilən “MPEG 2” formatlı proqramlar IPTV platformasına daxil edilir və yerli, həmçinin, əcnəbi olmaqla, 120-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar lifli optik xətt vasitəsilə “Smart Systems Technology” operatorunun şəbəkəsinə, həmçinin BTRİB və “Aztelekom” İB-yə ötürülür. Telekommunikasiya sənayesində “Video on Demand (VoD)”, “TVoIP”, “Time Shifted TV”, “Network Personal Video Recorder”, “Electronic Program Guide” və s. bir çox interaktiv imkanları özündə cəmləşdirən “İnternet Protocol Television (IPTV)” xidməti yüksək səviyyədə təqdim edilir. Baza xidmətləri ilə yanaşı, IPTV “Video Telephony”, “Information Portals”, “Web”, “Games” kimi bir sıra imkanlar da yaradır.
İPTV-nin xidmətlərindən istifadə edən müştəri, video sorğusu, bir videocərgə üçün iki və daha çox səs müşayiəti kanallarının istifadə imkanı (məsələn, Azərbaycan və ingilis dillərində) eyni zamanda, onları “HD” görüntülü izləmək və s. imkanlar əldə edir.
Digər televiziya yayım vasitələrindən fərqli olaraq, IPTV-də proqram sayına məhdudiyyət yoxdur. Yəni hər bir müştəri IPTV xidmətindən istifadə etməklə aşağıdakı üstünlüklərdən yararlanmış olur:
- Fərdi TV paket təminatından
- Birbaşa (online) rejimdə kanalın fasilə (pauza) funksiyasından
- İP TV proqram tərkibinin istənilən səviyyədə mühafizəsindən
- Hər bir istifadəçi üçün abunə paketinin idarə edilməsindən və s.
IP TV kompleksinin arxitekturası aşağıdakıları özündə cəmləşdirir:
- IP TV Middleware” adlanan xidmət və komplekslərin idarə edilməsi
- Qəbulun alt sistemi və kontentin hazırlanması
- Videoserverlərin alt sistemi
- Kontentin mühafizəsinin alt sistemi
- Axının keyfiyyət monitorinqinin və müştəri avadanlığının alt sistemi və s.